Soyğundan sonra Luvrda bu tədbir görüldü

soygundan-sonra-luvrda-bu-tedbir-goruldu
Oxunma sayı: 302

Soyğundan sonra Parisdəki Luvr muzeyinin pəncərələrinə dəmir barmaqlıqlar qoyulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Le Monde” nəşri yazır.

“Bu, oğurluqdan sonra görülən fövqəladə tədbirlərdən biridir”, - muzeyin administrator müavini Frances Steinbok bildirib.

Xatırladaq ki, oktyabrın 19-u Fransada naməlum şəxslər Luvr muzeyinə daxil olaraq cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 88 milyon avro qiymətləndirilir.