Starmerin istefasına görə sammiti təxirə saldılar

starmerin-istefasina-gore-sammiti-texire-saldilar
Oxunma sayı: 457

Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefası səbəbindən Aİ-Böyük Britaniya sammiti təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Antonio Kosta mətbuat konfransı zamanı bildirib.

“İndi, əlbəttə ki, biz bunu təxirə salmalı olacağıq... Ümid edirəm ki, onun varisi Aİ-Böyük Britaniya münasibətlərinin bərpası işini davam etdirəcək”, - Şura sədri bildirib.

Qeyd edək ki, tədbir iyulun 22-nə planlaşdırılıb. Sammit zamanı tərəflər əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırıblar.