“Starship” fəzada yoxa çıxdı

starship-fezada-yoxa-cixdi
Oxunma sayı: 3182

ABŞ-nin “SpaceX” şirkətinə məxsus “Starship” kosmik gəmisinin prototipi üçüncü sınaq uçuşu zamanı fəzada yoxa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Bu, uçuşun 49-cu dəqiqəsində cihaz 77 km yüksəklikdə atmosferə daxil olan zaman baş verib.

Şirkət konkret olaraq nə baş verdiyini açıqlamır.