Su kanalında kişi meyiti tapıldı

su-kanalinda-kisi-meyiti-tapildi
Oxunma sayı: 743

Kürdəmirdə su kanalında kişi meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Şilyan kənd sakini 1966-cı il təvəllüdlü Şirəliyev İxtiyar Tarıverdi oğlunun cəsədi su kanalında aşkarlanıb.

Hadisə yerinə cəlb olunan FHN-in xüsusi riskli qəza xidmətinin əməkdaşları cəsədi sudan çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

Yunis Quliyev