“Sülh Şurası” liderlərinin görüşü planlaşdırılır”

sulh-surasi-liderlerinin-gorusu-planlasdirilir
Oxunma sayı: 387

ABŞ administrasiyası Qəzzanın yenidən qurulmasına dəstək məqsədilə ianə toplama konfransını da əhatə edən beynəlxalq görüşün keçirilməsini nəzərdən keçirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Bildirilib ki, Ağ Ev fevralın 19-da Qəzzanın “Sülh Şurası” çərçivəsində ilk liderlər görüşünü təşkil etməyi planlaşdırır. Sözügedən görüş Qəzzanın yenidən qurulması üçün maliyyə vəsaitlərinin cəlb olunmasına yönəlmiş ianə toplama konfransı xarakteri daşıyacaq.

Görüşlə bağlı planlar hələ ilkin mərhələdədir və tarix, format və iştirakçılarla bağlı dəyişikliklər mümkündür.