Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü

sumqayitda-4-yasli-usagi-avtobus-vurub-oldurdu
Oxunma sayı: 509

Sumqayıtda 4 yaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 39 nömrəli marşrut avtobusu 2022-ci il təvəllüdlü T.H (Ad şərtidir) vurub. Ağır xəsarətlər alan uşaq hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Ziya Əmirxanlı