Süni intellekt artıq yalnız texnologiya deyil, həm də gündəlik həyatımızın görünməz bir hissəsinə çevrilib. Məlumatlar, işlə bağlı verdiyimiz qərarlar, hətta şəxsi tövsiyələr... Lakin bu rahat mənzərə mühüm bir sualı da ortaya çıxarır: Həqiqətən hər mövzuda süni intellektə güvənə bilərikmi? Çünki süni intellekt nə qədər inkişaf etmiş olsa da, insan tərəfindən yaradılmış məlumatlarla zənginləşən və müəyyən sərhədlər daxilində işləyən bir sistemdir. Bu da zaman-zaman səhv, natamam və ya aldadıcı nəticələr vermə ehtimalını qaçılmaz edir.
“Qafqazinfo” xarici mətbuata istinadən həyatımızın hər sahəsinə sürətlə inteqrasiya olunan süni intellekt tətbiqlərindən istifadə zamanı diqqət etməli olduğumuz bəzi məqamları təqdim edir:
1. Sağlamlıq və tibbi məsləhətlər
Süni intellekt ümumi məlumat verə bilər, lakin sizin fərdi sağlamlıq vəziyyətinizi tam analiz edə bilməz. Simptomları yanlış şərh edə və ya natamam məlumatlara əsaslana bilər. Diaqnoz və müalicə üçün mütləq həkimə müraciət edilməlidir.
2. Hüquqi məsələlər
Qanunlar ölkədən ölkəyə və vəziyyətə görə dəyişir. Süni intellekt köhnəlmiş və ya ümumi məlumat verə bilər. Rəsmi və hüquqi qərarlar üçün mütəxəssis rəyi lazımdır.
.jpg)
3. Maliyyə və investisiya qərarları
Süni intellekt bazar analizi təqdim edə bilər, amma riskləri sizin yerinizə qiymətləndirə bilməz. Həmçinin hər zaman ən aktual məlumatlara çıxışı olmaya bilər. Böyük maliyyə qərarları üçün peşəkar məsləhət vacibdir.
4. Xəbərlər və məlumatın doğruluğu
Süni intellekt bəzən köhnə, natamam və ya yanlış məlumatları doğru kimi təqdim edə bilər. Xəbərləri etibarlı mənbələrdən yoxlamaq lazımdır.
5. Şəxsi və emosional qərarlar
Münasibətlər, karyera seçimi və həyat qərarları şəxsi təcrübə və emosiyalar tələb edir. Süni intellekt empati qura bilməz. Bu cür qərarlarda insan fikri və öz daxili hissləriniz daha dəyərlidir.
.png)
6. Məxfilik və şəxsi məlumatların paylaşılması
Süni intellektə həssas məlumatlarınızı (şəxsiyyət, şifrə, maliyyə məlumatları və s.) vermək riskli ola bilər. Hər platformanın etibarlılığı yoxlanılmalıdır.
7. Akademik və kritik məlumatların hazırlanması
Süni intellekt bəzən səhv mənbələr uydura və ya səthi məlumat təqdim edə bilər. Akademik işlər üçün mənbələri mütləq yoxlamaq lazımdır.
Son xəbərlər
Son Xəbərlər