Qazaxıstan Milli Qurmanqazı Xalq Alətləri Orkestrinin 93-cü konsert mövsümünün açılışında süni intellekt və müasir texnologiyalar təqdim olunub.
“Qafqazinfo” Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinə istinadən xəbər verir ki, proqramın ən diqqətçəkən məqamlarından biri robot dirijor olub.
Orkestr onun rəhbərliyi altında bir neçə əsər ifa edib. Bu yaradıcı eksperiment milli orkestrin ənənəvi ifası ilə müasir texnologiyanı bir araya gətirib.
Almatı Şəhəri Gününə həsr olunmuş konsertdə Qazaxıstan instrumental musiqisi, dünya klassikası və şəhərə həsr edilən mahnılar səsləndirilib.
Son xəbərlər
Son Xəbərlər