Misli Premyer Liqasında beşinci tur davam edir.
“Qafqazinfo” xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar başa çatıb.
Əvvəlcə “Kəpəz” öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər matçda isə “Sumqayıt” doğma divarlar arasında “Şamaxı”nı sınağa çəkib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Misli Premyer Liqası
V tur
12 sentyabr (şənbə)
19:45. “Sumqayıt” - “Şamaxı” - 1:1
Qollar: Jeam Oliveyra, 25 (1:0), Edqar Adilxanov, 54 (1:1)
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Teymur Teymurov, İnqilab Məmmədov
“SOCAR Polymer Arena”
17:30. “Kəpəz” - “Qəbələ” - 1:0
Qol: Viktor Stina, 64
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Cavid Cəlilov
Son xəbərlər
Son Xəbərlər