Suraxanıda növbəti küçə asfaltlandı - Fotolar

suraxanida-novbeti-kuce-asfaltlandi
Oxunma sayı: 1127

Suraxanı rayon ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Əmircan qəsəbəsi, Park küçəsi 32 ünvanda 2200 kv/m asfalt örtüyü salınır.

Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.