Şuşa ilə Trabzon qardaşlaşır

susa-ile-trabzon-qardaslasir
Oxunma sayı: 367

Türkiyənin Qaradəniz bölgəsində yerləşən Trabzon şəhəri ilə Azərbaycanın qədim şəhərlərindən olan Şuşa qardaşlaşacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç məlumat verib.

O bildirib ki, “qardaşlaşmış şəhər” statusuna dair protokol mayın 19-da imzalanacaq.