Şuşada minaya düşən Rahimin ayağı amputasiya edildi - Yenilənib

susada-minaya-dusen-rahimin-ayagi-amputasiya-edildi
Oxunma sayı: 7075

Şuşa şəhərində mina partlayıb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, hadisə bu gün saat 11:15 radələrində Şuşa şəhərində Tar sexi adlanan ərazidə baş verib. Elektirik təsəfərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Məlum olub ki, R.Həbibov ayağından xəsarət alıb. O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Araşdırma aparılır.

***

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Şuşadakı mina partlayışı ilə bağlı məlumat yayıb.

Bildirilib ki, piyada əleyhinə mina partlayışı nəticəsində elektrik təsərrüfat işləri ilə məşğul olan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Həbibov Rahim Şirməmməd oğlu xəsarət alıb.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Rahim Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bu gün Füzuli rayonunda da mina partlayışı olub.