“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 21-ci turunda “Neftçi”yə qarşı keçirəcəkləri matçın təxirə salınması ilə bağlı klub prezidenti Tahir Gözəlin çıxışına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, o, T.Gözəllə bu barədə danışmadığını deyib.
“Ola bilər ki, rəhbərlik səviyyəsində nəsə danışılıb. Mən Tahir bəylə bu barədə danışmamışam”, - Q.Qurbanov qeyd edib.
Təcrübəli mütəxəssis Joni Montielin oyunlarda aqressiv olmasına da münasibət bildirib: “Montiel topla oynayan futbolçudur. Belə halda da rəqiblər ona qarşı aqressiv oynayır. O da istər-istəməz hakimə, rəqib oyunçulara etiraz edir. Orada elə xırda detallar var ki, biz uzaqdan görməyə bilərik. Kimsə hansısa sözü deyə bilər, kimsə ayağını tapdalayar. O da insandır və öz narazılığını bildirir. Bu oyunlarda aqressivlik futbolçunun toparlanmasına kömək edir”.
Son xəbərlər
Son Xəbərlər