“Tarixi ədalət haqqında xəyallar qurmağa ehtiyac yoxdur” - Paşinyan

tarixi-edalet-haqqinda-xeyallar-qurmaga-ehtiyac-yoxdur
Oxunma sayı: 424

Ermənistan Baş naziri Nikol Paşinyan Moskva ilə münasibətlərin yeni modelindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb.

Məlumata görə, N. Paşinyan parlamentdə hökumətin proqramını təqdim edərkən Moskvada yaranan narahatlıqların Avropa İttifaqı ilə yaxınlaşmadan daha çox Ermənistan-Rusiya münasibətlərinin mövcud modelinin dəyişməsi ilə bağlı olduğunu bildirib: 

“Aİ ilə əlaqələrin inkişafı Rusiya üçün daha çox bəhanəyə çevrilib, əsl səbəb isə iki ölkə arasında başlayan təbii transformasiya prosesidir. Rusiya mediasında və ölkə daxilindəki müxalifət dairələrində Ermənistana qarşı iqtisadi təzyiqlər yaratmaq, sosial-iqtisadi böhran vasitəsilə hakimiyyət dəyişikliyinə nail olmaq cəhdləri mövcuddur. Seçkilərdən əvvəl müxalifət nümayəndələri Rusiyadan Ermənistanın ixracına məhdudiyyətlər qoyulmasını xahiş ediblər və bu ssenari ‘Güclü Ermənistan’ partiyasının lideri Samvel Karapetyanın bəhs etdiyi məxfi planın tərkib hissəsidir”. 

Baş nazir bildirib ki, Rusiya öz təhlükəsizlik problemləri səbəbindən Ermənistana təhlükəsizlik zəmanətçisi olmaq imkanlarının məhdudluğunu göstərdi:

“Tarixi ədalət haqqında xəyallar qurmağa, milli arzularla yaşamağa ehtiyac yoxdur. Çünki arzularımız artıq reallaşıb və Ermənistan Respublikası bizim xəyallarımızın vətənidir. Həmçinin xarici siyasətimiz artıq “balanslaşdırılmış” siyasətdir. Ona görə də Gürcüstan, İran, Türkiyə və Azərbaycanla, eləcə də ABŞ, Fransa və Aİ ilə münasibətlərin inkişafı bizim üçün prioritetdir. Biz həm də Aİ ilə vizasız rejimə nail olunmasını planlaşdırıb tək bazardan asılılığı azaltmaq üçün iqtisadiyyatın şaxələndirilməsinin vacibliyini anlayırıq”.