Dünyanın müxtəlif ölkələri bu yay son illərin ən ağır meşə yanğınları ilə üz-üzə qalıb.
“Qafqazinfo” xəbər verir ki, Avropanın cənubunda rekord istilər, quraqlıq və güclü küləklər minlərlə hektar meşəni külə çevirib.
Ən ağır vəziyyətlərdən biri Fransada yaşanır. Ölkənin cənub-qərbində baş verən yanğınlar nəticəsində 14 mindən çox hektar meşə sahəsi yanıb, 110 minə yaxın insan təxliyə edilib. Yanğınlardan 100-dən çox ev zərər görüb
İspaniyada isə vəziyyət daha da dramatikdir. Madrid ətrafında baş verən bir neçə böyük yanğının birləşməsi nəticəsində ölkə tarixində ilk dəfə meşə yanğınları ilə əlaqədar milli fövqəladə vəziyyət elan olunub. Təkcə Madridin qərbində yerləşən dağlıq ərazilərdən 19 mindən çox sakin təxliyə edilib.
İspaniyanın Araqon bölgəsində isə alov 15 min hektardan çox ərazini əhatə edib.
ABŞ də meşə yanğınlarının təsirindən kənarda qalmayıb.
Corciya ştatında baş verən yanğınlar nəticəsində təxminən 90 yaşayış evi məhv olub. 1000-ə yaxın yaşayış evi və digər tikililər təhlükə altında qalıb, minlərlə sakin isə təhlükəsizlik məqsədilə təxliyə edilib.
Türkiyə də bu yay meşə yanğınlarının ən çox zərər vurduğu ölkələr sırasındadır. Muğlanın beş fərqli nöqtəsində eyni vaxtda başlayan yanğınlara qarşı yüzlərlə əməkdaş, təyyarə, helikopter, su tankerləri və digər xüsusi texnika səfərbər olunub. Ehtiyat tədbiri olaraq 202 sakin təhlükəsiz ərazilərə köçürülüb.
Təqdim edəcəyimiz fotolar yanğın baş verən ölkələrdə çəkilib:












Son xəbərlər
Son Xəbərlər