Türkiyəli gənc aktrisa Kübra Süzgün aldığı təhdidlər səbəbindən aktrisalığa geri dönə bilmədiyini deyib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Süzgün bildirib ki, yaşadığı təhdidlər onun həm psixoloji durumuna, həm də peşə həyatına ciddi təsir göstərib.
O bu səbəbdən aktyorluq fəaliyyətini davam etdirə bilmədiyini deyib.
Aktrisa, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Emine Ərdoğana müraciət edərək kömək istəyib:
“Xahiş edirəm, mənə kömək edin. Gecələr yata bilmirəm. Təhdidlər alıram. Bir aktrisa kimi yox, gənc bir qız olaraq sizdən kömək istəyirəm. Qorxuram və peşəmə geri dönə bilmirəm. Ədalət istəyirəm”.
Son xəbərlər
Son Xəbərlər