“İran uranın zənginləşdirilməsi hüququndan imtina etməyəcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami Tehranda jurnalistlərə açıqlamasında deyib.
O, bu fəaliyyəti nüvə sənayesinin ayrılmaz hissəsi adlandıraraq, Tehranın elmi və texnoloji inkişaf yolundan geri çəkilməyəcəyini vurğulayıb: “Qətiyyən yox. Zənginləşdirmə nüvə prosesinin ayrılmaz hissəsidir. Prosesin başlanğıc nöqtəsinə sahib olmadan nüvə sənayesinə sahib olduğunuzu necə iddia edə bilərsiniz?”
İslami nüvə texnologiyasını elm və texnoloji inkişafın əsas hərəkətverici qüvvələrindən biri kimi xarakterizə edib. O, İran xalqının elmi tərəqqi hüququna malik olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens bundan əvvəl İranın müharibəyə son qoymaq və Vaşinqtonun tələblərini yerinə yetirmək üçün uranın zənginləşdirilməsi fəaliyyətini əhəmiyyətli dərəcədə azaltmalı olduğunu bildirmişdi.
İranın xarici işlər naziri Abbas Əraqçi də ABŞ ilə aparılan danışıqlar zamanı ölkəsinin zənginləşdirmə fəaliyyətini azaltmağa hazır olduğunu, lakin uranın zənginləşdirilməsinin tamamilə dayandırılması tələbini qəbul etməyəcəyini demişdi.
Son xəbərlər
Son Xəbərlər