Fevralın 10-u paytaxtın Səbail rayonunda yerləşən Atatürk Mərkəzində aşıq Ataxanın öldüyü hadisə ilə bağlı bəzi məqamlar dəqiqləşib.
“Qafqazinfo” xəbər verir ki, həmin gün saat 15:00-da Tərlan Əliyarbəyov küçəsində yerləşən mərkəzdə ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə sənətçi Telli Borçalının qardaşı, paytaxt sakini 1966-cı il təvəllüdlü Ataxan Sədi oğlu Qurbanov da iştirak edib. O, sazda ifa edib, şeir deyib. Saat 16 radələrində, tədbir başa çatar-çatmaz aşıq Ataxan özünü pis hiss edib və yıxılıb. Təcili tibbi yardım çağırılsa da, onun artıq vəfat etdiyi məlum olub.
Bildirilib ki, A.Qurbanov ürək çatışmazlığından vəfat edib.
Onun tədbirdəki ifasından bir hissəni təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər