Tərlan Əhmədov “Kəpəz”dən gedir? - Özü açıqladı

terlan-ehmedov-kepezden-gedir
Oxunma sayı: 3167

Bu gün “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovun klubla yollarını ayırdığı ilə bağlı məlumatlar yayılıb.

Tərlan Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bəzi media orqanlarında məlumat yayılıb ki, mən “Kəpəz” futbol klubundan ayrılmışam. Lakin mən hazırda  işimin başındayam. Klubun Prezidenti İqar Nadiri ilə görüşümüz olub. Onunla gələcək planlarımızla bağlı söhbətimiz baş tutub. Həmçinin, yeni gələcək və komandanı tərk edəcək futbolçularla bağlı müzakirələrimiz də baş tutub. Heç bir problemimiz yoxdu, yazılanların hamısı şaiyədir. Bu gün də Gəncə şəhərində olmuşam. Həmçinin, Gənclər və İdman Nazirliyi ilə də görüşümüz baş tutub. Hazırda Bakıya gedirəm, yenidən Gəncəyə qayıdacam. Yeni mövsümə hazırlıq planlarımız var. Hazırda kluba transfer olunacaq futbolçularla danışıqlar gedir”, - deyə Tərlan Əhmədov bildirib.