Terminatordan santaya...

terminatordan-santaya
Oxunma sayı: 2764

Amerikalı aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger bu dəfə maraqlı obrazı ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, hollivud aktyoru “Çantalı adam” Milad komediyasında Santa obrazını canlandıracaq.

Çəkilişlərin yaxın həftələrdə başlayacağı açıqlanıb. Filmin rejissoru Adam Şenkmandır.

Qeyd edək ki, onlarla filmə çəkilən Arnold Şvartseneggerin ən məşhur obrazı “Terminator”ın hər üç hissəsindəki baş rolu olub.