Tovuz rayonunda qətl hadisəsi törədilib.
“Qafqazinfo” xəbər verir ki, Əyyublu kəndində 1996-cı il təvəllüdlü Mətanət Hacızadə bıçaqlanaraq öldürülüb.
Hadisənin qadının həyat yoldaşı 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə tərəfindən törədildiyi bildirilir. Onun saxlanması istiqamətində polis tərəfindən tədbirlər görülür.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Yunis Quliyev

Son xəbərlər
Son Xəbərlər