ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax” nəşrinə müsahibəsini paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, ABŞ lideri sözügedən müsahibəni özünün “Truth Social” sosial şəbəkə hesabında “Azərbaycanın Hacıyevi Newsmax-a: Tramp sülh qurucusudur, İranla razılaşma mümkündür” başlığı ilə təqdim edib.
Qeyd edək ki, H.Hacıyev ötən həftə verdiyi həmin müsahibədə D.Trampın Azərbaycanla Ermənistan arasındakı sülh prosesində oynadığı roldan bəhs edib.

Son xəbərlər
Son Xəbərlər