Tümenin bu ərazisində bütün sakinlər təxliyə edildi

tumenin-bu-erazisinde-butun-sakinler-texliye-edildi
Oxunma sayı: 1382

Rusiyanın Tümen vilayətinin Abatski rayonunun bütün yaşayış məntəqələrində daşqın səbəbindən fövqəladə vəziyyətlə bağlı təxliyə elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə rayonun rəhbəri İqor Vasilyev teleqram kanalında məlumat verib.

O bildirib ki, aprelin 22-də rayon fövqəladə hallar komissiyasının iclasında daşqın zonasına düşən bütün yaşayış məntəqələrinin sakinlərinin təcili təxliyəsi barədə qərar qəbul edilib.

Vasilyev vurğulayıb ki, İşim çayında suyun kritik artımı var.

Onun sözlərinə görə, ərazidə müvəqqəti yaşayış yerləri və əmlakın saxlanması üçün məntəqələr yaradılıb.