Xəbər verdiyimiz kimi, ilk dəfə Türkiyə vətəndaşı kosmosa səyahət edəcək. Uçuşu bu gecə yerli saatla 01:11-ə planlaşdırılan Alper Gazeravcının səyahəti sabah gecəyə dəyişdirilib.
“Qafqazinfo” bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Dəyişikliyin texniki təchizatdakı yoxlanışlarla əlaqəli olduğu bildirilib.
***
Türkiyənin Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır bildirib ki, uçuş yanvarın 18-dən 19-na keçən gecə yerli saatla 00.49-da baş tutacaq:
“Bu müddət ərzində texniki nəzarətin başa çatdırılması planlaşdırılır”.