Türkiyə bu gün seçir... - Fotolar

turkiye-bu-gun-secir
Oxunma sayı: 1698

Bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir.

“Qafqazinfo” xəbər verir ki, seçki prosesi yerli vaxtla saat 08:00-dan 17:00-dək davam edəcək.

Bu müddət ərzində televiziya, radio və digər media vasitəsi ilə siyasi reklamlar, seçki və seçkilərin nəticələri barədə xəbərlər, proqnoz və şərhlər vermək qadağandır.

Qeyd edək ki, seçkilərdə 34 siyasi partiya iştirak edir. Ümumilikdə 64 milyon 441 mindən çox şəxs səsvermə hüququna malikdir.