Türkiyə bu halda sülhməramlılarını Ukraynaya göndərə bilər

turkiye-bu-halda-sulhmeramlilarini-ukraynaya-gondere-biler
Oxunma sayı: 1025

“Türkiyənin “könüllülər koalisiyası” çərçivəsində Ukraynaya sülhməramlı kontingentini göndərməsi atəşkəs halında mümkündür”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb. 

“Ölkəmiz Rusiya ilə Ukrayna arasındakı müharibədə daimi atəşkəsə nail olmağa yönəlmiş istənilən konstruktiv təşəbbüsə töhfə verməyə hazırdır. Bu xüsusda, “könüllülər koalisiyası”nın fəaliyyətində fəal iştirak edirik. Türkiyənin sülhməramlı qüvvələri çərçivəsində Ukraynaya qoşunların göndərilməsi üçün ilk olaraq atəşkəsi təmin etmək, daha sonra dəqiq missiyanı təyin etmək və hər ölkənin hansı dərəcədə öz töhfəsini verəcəyini müəyyən etmək lazımdır”, - məlumatda qeyd olunub.