Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik Türkiyə və Azərbaycan münasibətlərini hədəf alan xarici güclərə sərt xəbərdarlıq edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, partiyanın Mərkəzi İcra Komitəsinin toplantısından sonra keçirdiyi mətbuat konfransında bəyanat verib.
Ö. Çelik iki ölkə arasındakı sarsılmaz dostluq və qardaşlıq bağlarına diqqət çəkərək vurğulayıb:
“Biz “İki dövlət, tək millət” deyirik. Hər iki ölkənin öz daxili gündəmi ola bilər. Bəzən fərqli məsələlər yarandıqda belə, iki qardaş ölkə kimi danışaraq yolumuza davam edirik. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında əsl qardaşlıq var. Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var, lakin bu ölkələrə qətiyyən icazə verməyəcəyik”.
Son xəbərlər
Son Xəbərlər