Türkiyədə ard-arda iki zəlzələ oldu

turkiyede-ard-arda-iki-zelzele-oldu
Oxunma sayı: 1267

İzmirin Urla adlı bölgəsində ard-arda iki zəlzələ baş verib.

“Qafqazinfo” Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, 5,1 bal gücündə ilk zəlzələ İzmir vaxtı ilə 07:00-da qeydə alınıb.

İlk zəlzələdən 9 dəqiqə sonra isə eyni bölgədə 4,3 bal gücündə zəlzələ olub.

Dağıntı və xəsarət alanlar barədə hələ ki, məlumat daxil olmayıb.