Türkiyədə azərbaycanlıya vəzifə verilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Güləş Federasiyasının rəhbəri Taha Akgül müvafiq sənəd imzalayıb.
Bildirilib ki, azərbaycanlı Əjdər Cəfərov Türkiyə Güləş Federasiyasının (TGF) Beynəlxalq Nümayəndəlik və Xarici Əlaqələr Direktoru vəzifəsinə təyin edilib.
“Beynəlxalq idman idarəçiliyi, federasiyalararası əməkdaşlıq və təşkilati proseslər sahəsində təcrübəsi ilə tanınan Cəfərovun Türkiyə güləşinin beynəlxalq əlaqələr şəbəkəsinin gücləndirilməsinə, strateji əməkdaşlığın inkişaf etdirilməsinə və beynəlxalq təşkilatların ölkəmizə gətirilməsinə əhəmiyyətli töhfələr verəcək. Ona yeni vəzifəsində uğurlar arzulayır və ümid edirik ki, o, Türkiyə güləşinə töhfələr verəcək”.
Qeyd edək ki, Əjdər Cəfərov bu ilin fevral ayında Azərbaycan Badminton Federasiyasının baş katibi vəzifəsinə təyinat alıb. O, 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. Ə.Cəfərov idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

Son xəbərlər
Son Xəbərlər