Türkiyədə liseyin qarşısında silahlı hücum, 1 ölü, 10 yaralı - Video - Yenilənib

turkiyede-liseyin-qarsisinda-silahli-hucum-1-olu-10-yarali
Oxunma sayı: 864

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, kimliyi açıqlanmayan şəxs liseyin qarşısında ətrafa atəş açmağa başlayıb.

Hadisə nəticəsində arasında məktəblilərin də olduğu 5 nəfər yaralanıb.

Əraziyə polis və təcili tibbi yardım xidməti cəlb olunub.

Silahlı hücumu törədən şəxsin axtarışları davam etdirilir.

***

Turqutlunun bələdiyyə sədri Çetin Akın hücum nəticəsində 1 nəfərin həlak olduğunu, daha 4 nəfərin isə yaralandığını bildirib.

Bununla yanaşı, hadisəni törədən şəxs saxlanılıb. Onun insidenti törətməzdən əvvəlki görüntüləri də yayılıb.

***

Silahlı hücum nəticəsində yaralananların sayı 10 nəfərə çatıb. Onlardan ikisinin vəziyyəti ağırdır.