Türkiyədə pişiyin dişlədiyi uşaq süni tənəffüs aparatına qoşuldu

turkiyede-pisiyin-dislediyi-usaq-suni-teneffus-aparatina-qosuldu
Oxunma sayı: 493

Türkiyənin Diyarbəkir şəhərində 4 yaşlı qız uşağı küçə pişiyi tərəfindən dişləndikdən 4 ay sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, hadisədən dərhal sonra xəstəxanaya aparılan azyaşlı müayinə edilib evə buraxılsa da, aylar sonra vəziyyəti kəskin pisləşib.

Dağqapı Uşaq Xəstəxanasına çatdırılan uşaqda quduzluq virusu təsdiqlənib və o, süni tənəffüs aparatına qoşulub.

Faktla bağlı ərazidə profilaktik tədbirlərə başlanılıb, uşaqla təmasda olanlar peyvəndlənib.