Türkiyənin daxili işlər və ədliyyə nazirləri dəyişdi

turkiyenin-daxili-isler-ve-edliyye-nazirleri-deyisdi
Oxunma sayı: 426

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya və ədliyyə naziri Yılmaz Tunc vəzifələrindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bu məsələlərlə bağlı təyinat qərarları Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Rəsmi Qəzetində dərc olunub.

Müvafiq olaraq, Yılmaz Tuncun yerinə İstanbulun Baş prokuroru Akın Gürlek, Ali Yerlikayanın yerinə Ərzurum valisi Mustafa Çiftçi təyin edilib.

Bu təyinatlar Konstitusiyanın 104 və 106-cı maddələrinə uyğun olaraq həyata keçirilib.