Üç gün sonra toyları olacaqdı, siqaret faciəyə gətirdi - Yenilənib

uc-gun-sonra-toylari-olacaqdi-siqaret-facieye-getirdi
Oxunma sayı: 11850

Şəmkirdə iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndində yaşayış evində qeydə alınıb. Yanğın zamanı rayon sakinləri - 24 yaşlı Elmar İsmayılov və 18 yaşlı Nərmin Cəfərova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, Elmar İsmayılovun yataq otağında çəkdiyi siqaret yatağa düşüb və yanğın buradan başlayıb.

Qeyd edək ki, Elmar İsmayılov Nərmin Cəfərovanı qaçırıbmış. 3 gün sonra onların toyu olacaqmış. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya açıqlama verib: "Hadisə yerinə Şəmkir rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal gələrək yanğının söndürülməsi üçün dərhal tədbirlər görüb. 2 nəfər yaralı xəstəxanaya çatdırılıb, binanın mühafizəsi təşkil olunub, yanğının digər əraziyə yayılmasının qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir”.

***

Ağır yanıq xəsarətləri alan şəxslər Bakıya gətirilib.

Onlar paytaxt xəstəxanalarının birinə yerləşdirilib. İlkin məlumata görə, Elmar İsmayılov daha ağır yanıq xəsarətləri alıb.

Amin Nəzərli

Yunis Quliyev