Üç qol vursa da, adı ilə gündəmə gəldi - Video

uc-qol-vursa-da-adi-ile-gundeme-geldi
Oxunma sayı: 3278

İngiltərə Premyer Liqasının 22-ci turunda “Brayton”a 4:0 hesabı ilə qalib gələn “Luton Taun” klubunun futbolçusu Elijah Adebayo gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmada rəqib qapısından 3 top keçirən futbolçu vurduğu qollarla deyil adı ilə diqqət mərkəzinə düşüb. 

Belə ki, “Luton Taun” klubunun sosial şəbəkələri oyundan sonra 3 qol vuran oyunçunun tam adını - “Elijah Anuoluwapo Oluwaferanmi Oluwatomi Oluwalana Ayomikulehin Adebayo” paylaşıb. Şərh yazanların əksəriyyəti Nigeriya əsilli forvardın adına təəccüblənib.