Ukrayna hava məkanını mülki uçuşlar üçün bağlayıb.
Bu barədə “Qafqazinfo” Reuters-ə istinadən xəbər verir.
Xəbərdə qeyd olunur ki, Ukrayna tərəfi yüksək risk səbəbilə bu addımı atıb.
Eyni addımı Rusiya da atıb. TASS-ın yaydığı məlumata görə, Rusiya bu gündən etibarən Ukrayna və Belarusla qərb sərhədində hava məkanını mülki təyyarələr üçün bağlayıb.
Bildirilir ki, bu qərar mülki təyyarələr üçün yüksək təhlükə ilə əlaqədar qəbul edilib.
***
Krosnodar, Soçi, Anapi hava limanları fəaliyyətini fevralın 25-i gecəyarısına qədər müvəqqəti dayandırıb.
Son xəbərlər
Son Xəbərlər