Ukraynanın Zaporojye və Xarkov vilayətlərində partlayış səsləri eşidilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Strana.ua” məlumat yayıb.
“Xarkov vilayətinin sərhəd yaşayış məntəqələrində partlayışlar qeydə alınır. Həmçinin, Zaporojye vilayətində gurultulu partlayışlar barədə də məlumat var”, - nəşr yazıb.
Bundan əlavə, bu bölgələrdə hava xəbərdarlığının elan edildiyi bildirilir.
Qeyd edək ki, yanvarın 18-də Ukraynanın altı vilayətində: Nikolayev, Sumı, Kirovohrad, Poltava, Dnepropetrovsk və Çerkassıda hava xəbərdarlığı elan edilib.
Son xəbərlər
Son Xəbərlər