“Ukraynanın güzgüsü əyri çıxdı”

ukraynanin-guzgusu-eyri-cixdi
Oxunma sayı: 3783

“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin aprelin 19-da elan etdiyi Pasxa barışığına cavab olaraq “güzgü prinsipi” ilə davranacağını vəd edib, lakin güzgü əyri çıxıb”. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.

“Kiyev sülhməramlı “HALO Trust” (minalardan təmizləmə təşkilatı - red) kimi görünmək cəhdi ilə Qərbin gözünə toz atır. Kiyevə heç bir inam yoxdur. Ukrayna rejimi dəfələrlə siyasi razılaşmalara əməl edə bilmədiyini nümayiş etdirib”, - o bildirib.

Qeyd edək ki, aprelin 19-da Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə aprelin 21-i Moskva vaxtı ilə saat 00:00-a qədər bütün hərbi əməliyyatların dayandırıldığını elan edib və Kiyevi də eyni addımı atmağa çağırıb.