Uzun ömür yaşamaq istəyən hər bir insanın rasionunda mütləq yer almalı olan 7 əsas məhsul açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, qidalanma mütəxəssisi Darşan Şah (Darshan Shah) uzunömürlülüyün sirri olan həmin qidaların siyahısını “Daily Mirror” nəşrinə açıqlayıb.
Həkimin sözlərinə görə, sağlamlıq və uzunömürlülük üçün ən vacib qidalar aşağıdakılardır:
“Balıq (xüsusilə yağlı növləri): Tərkibində yüksək miqdarda zülal, əvəzedilməz yağ turşuları və B12 vitamini var.
Göyərtilər: Ürək, damar, beyin sağlamlığı və iltihabla mübarizə üçün lazım olan maddələrlə zəngindir.
Lobya: Həftədə ən azı bir dəfə istehlak edilməlidir. Qanda şəkərin kəskin qalxmasının qarşısını alır və bağırsaqların işinə müsbət təsir göstərir.
Qaragilə və digər giləmeyvələr: Xroniki xəstəliklər riskini azaldır, lif qəbulunu artırır, ürəyi, həzm sistemini, beynin fəaliyyətini və immun sistemini gücləndirir.
Qoz-fındıq (bütün növləri): Mətbəxdə hər zaman olmalı vacib məhsullardandır.
Tam taxıllı məhsullar: Uzunömürlülər pəhrizinin ayrılmaz hissəsidir.
Şəkərsiz təbii qatıqlar: Bağırsaq sağlamlığı və ümumi metabolizm üçün əvəzolunmazdır”.
Mütəxəssis qeyd edib ki, bu qidaların gündəlik və ya nizamlı şəkildə rasiona daxil edilməsi ömrü uzatmaqla yanaşı, həyat keyfiyyətini də əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Son xəbərlər
Son Xəbərlər