Vahid namizəd səsverməsi- - 13 lehinə, 2 əleyhinə, 82 bitərəf

vahid-namized-sesvermesi-
Oxunma sayı: 4166

“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə Ziyalılar Forumunun üzvü Cəmil Həsənli açıb. O, Milli Şuranın yaradılması münasibətilə xalqı təbrik edib. Demokratiya, inkişaf və ədalət uğrunda xalqla birlikdə böyük mübarizə əzmi göstərəcəyini qeyd edib. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və himnimizin səsləndirilməsi ilə açıq elan olunub.

***

Leyla Yunus bildirib ki, hazırda YAP da öz namizədini, təbii ki, İlham ƏLiyevi seçir. O, təklif edib ki, Milli Şura da bu gün seçkilərdə öz vahid namizədini seçsin. L.Yunus Cəmil Həsənliyə müraciət edərək təklifini səsverməyə çıxarmağa çağırıb. O, bu gün Milli Şuranın prezidentliyə vahid namizədinin adının açıqlanmasını vacib hesab edib.

***

Cəmil Həsənli qeyd edib ki xalq öz hakimiyyətini qurmalıdır. Demokratiyanı bərpa etməlidir. Torpaqlarımız işğal altından azad olunmalıdır. Siyasi mıəhbuslar azad edilməlidir.  Milli Şuranın üzü olan  hüquq müdafiəçisi Leyla Yunus gündəliyə vahid namizədin elan olunması məsələsinin salınmasını təklif edib. Təklif isə tədbir iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb. Milli Şura səs çoxluğu ilə təsis olunub.

Milli Şuranın təsis bəyannaməsi  

Biz bu bəyannnaməni imzalayan siyasətçilər, ziyalılar, siyasətçilər, vətəndaş cəmiyyəti təmsilçiləıri və fəal gənclər bəyan edirik  ki, 95 il bundan qabaq bütün Şərqdə və müsəlman dünyasında ilk demokratik cümhuriyyətinin qurulduğu Azərbaycanda son onilliklərdə avtoritar rejim və sülalə hakimiyyəti bərqərar olmuşdu. Sənədi imzalayanlar bildirirlər ki,

- Azərbaycanda avtoritetizmdən demokratiyaya dinc keçidi seçkilər vasitəsilə təmin etmək

- Demokratiyaya keçidi dövründə birgə səylərlə ölkəmizdə sabitliyi qoruyub saxlamaq

- Hüququn aliliyinin insan və hüquq azadlıqlarının təmininin və xalqımızın davamlı və hərtərəfli inkişafının əsaslarını yaratmaq

- Azərbaycan müstəqillliyinin süverenliyinin qorunub saxlanılması ərazi bütövlüyünün  təmin edilməsinə nail olmaq məqsədilə vətəndaş hərəkatında –Demokratik Qüvvələrin Milli Şurasında birləşdiyimizi elan edirik.

- Milli Şuranın başlıca xarici siyasət öncəlikləri Qarabağ konfliktinin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli həlli, işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası, bütün beynəlxalq tərəfdaşlarla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq, beynəlxalq razılaşmalar çərçivəsində bütün dövlət öhdəliklərinin yerinə yetirilməsi, Avropa xalqlarının vahid ailəsinə inteqrasiya olacaq.

- Keçid dövrü bitəndən, azad və ədalətli prezident və parlament seçkiləri keçiriləndən sonra bloklaşma siyasəti ilə bağlı məsələlər, o cümlədən avroatlantik məkana inteqrasiya məsələsi ümumxalq referendumu ilə həll ediləcək.

- Milli Şura bütövlükdə öz proqram məqsədlərinə çatmaq üçün müstəsna olaraq yalnız dinc vasitələrdən istifadə edəcək, ölkə konstitusiyasının, qanunvericiliyinin və beynəlxalq hüququn prinsiplərini rəhbər tutacaq.

***

Gündəliyə 4 əsas məsələ daxil edilib. Bunlar Demokratik Qüvvələrin Milli Şurasının bəyannaməsini qəbul etmək, Əsasnaməni müzakirəyə təqdim etmək,  Beynəlxalq ictimaiyyətə müraciət qəbul olunması, Milli Şuranın sədrinin seçilməsi məsələləridir.. Gündəlik səsə qoyularaq qəbul edilib.

***

Demokratik Qüvvələrin Milli Şurasının Əsasnaməsi 

I Ümumi müddəalar

1. Milli Şura siyasətçilərin ziyalıların, ictimai xadimlərin və gənc fəalların yaratdığı ictimai birlikdir.

I.2 Milli Şura Azərbaycan Respublikasının Konstutusiyasının qanunlarına, beynəlxalq hüquqi normalara və bu əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir

II Milli Şuranın tərkibi

II.1 Milli Şurnın tərkibi təsisçilərdən və bu əsasnaməyə uyğun qəbul edilən üzvlərdən ibarətdir.

II.2 Milli Şura bütün üzvlərini 50%+1 nəfərin səsi ilə yeni üzvlər qəbul edə bilər

III Strukturu və fəaliyyət qaydası

Milli Şuranın ali orqanı 2 həftədə 1 dəfədən az olmayaraq keçirilən sessiyadır.

Milli Şura sessiyası üzvlərin 50%+1 nəfər iştiralk etdikdə səlahiyyətlidir

Milli Şura qərarlarını sadə səs çoxluğu ilə qəbul edir.

***
Cəmil Həsənli Leyla Yunusun vahid namizədlə bağlı təklifini səsverməyə çıxarıb. Səsvermənin nəticəsi olaraq, Milli Şuranın vahid namizədinin bu gün açıqlanmasının 97 nəfərdən 13-ü lehinə, 2-si əleyhinə, qalanları isə bitərəf mövqe tutub.

***

AXCP sədri Əli Kərimli çıxış edərək bildirib ki, bu gün Azərbaycan tarixi üçün mühüm gündür: “Xırda mübahisələrə qapılıb bu tarixi məqamdan uzaqlaşmayaq. 20 il sonra demokratik qüvvələr bir araya gəlib Milli Şuranı yaradıblar. Xalqımızın bizdən istədiyi gerçəkləşib. Əbülfəz Elçibəyin prezident seçildiyi bir gündə biz iclasımızı keçiririk. Artıq kifayətdir ki, ayrı-ayrı partiyalar blok şəklində fəaliyyət göstərdi. Artıq məqamdır ki, birləşib seçkilərə vahid qüvvə ilə gedək. Xalqı avtoratizm rejimindən qurtarmalıyıq. Müraciət edirəm ki, demokratiya uğrunda xalq hərəkatı başlansın. Bu işdə bizə əsas dəstək xalqımız olmalıdır”.

***

KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, bu gün mövqeyindən - yəni sağçı və solçu olmasından asılı olmayaraq hamı bir aradadır: “Bu gün biz birgə mübarizə aparmalıyıq. Həm dini, həm də milli dəyərlərimizə sahib çıxmalıyıq. Bu gün Rəsulzadənin və Elçibəyin yəqin ki, ruhu şaddır. Çalışıb birgə bu irticadan qurtarmalıyıq”.

Günel