Vaqonun üstünə çıxan yeniyetməni cərəyan vurdu

vaqonun-ustune-cixan-yeniyetmeni-cereyan-vurdu
Oxunma sayı: 1393

Xaçmazda yeniyetmənin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, dəmir yolu stansiyasının ərazisində vaqonlardan birinin üzərinə çıxmış Xaçmaz şəhər sakini 2009-cu il təvəllüdlü Əziz Təhran oğlu Məmmədovu elektrik cərəyanı vurub.

O, xəstəxanaya çatdırılıb və tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Aslan Vəliyev