Vardanyan məhkəmədə Füzulinin bu şeirini oxuyubmuş

vardanyan-mehkemede-fuzulinin-bu-seirini-oxuyubmus
Oxunma sayı: 1988

Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 10-u davam etdirilib. O, son söz çıxışında saxlanıldığı iki ildən artıq müddətdə özü üçün Azərbaycan poeziyasını kəşf etdiyini deyib, dahi şairimiz Məhəmməd Füzulinin şeirini oxuyub.

“Qafqazinfo”nun “Unikal”a istinadən məlumatına görə, sözügedən şeir Məhəmməd Füzulinin “Padişahi-mülk” qitəsidir.

Qitəni rus dilinə Vladimir Luqovski tərcümə edib. Vardanyan da bunu rus dilində səsləndirib.

Xəbəri rus dilində oxuyun: Варданян процитировал Физули в своем последним слове

Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilir.