Vatsapdan yeni funksiya

vatsapdan-yeni-funksiya
Oxunma sayı: 5897

Vatsap tətbiqi iOS əməliyyat sistemində smartfonlar üçün yeni funksiya təqdim edəcək. Bu funksiya sizə Face ID (üz skanı), Touch ID (barmaq izi) və ya PIN koddan istifadə edərək proqrama daxil olmağa imkan verəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Bildirilib ki, funksiya hələ sınaqdan keçirilir və gələcək proqram yeniləmələrində iOS-da əlçatan olacaq. O, istifadəçiləri altırəqəmli kodu daxil etmək məcburiyyətindən xilas etmək üçün messencerə giriş sistemini sadələşdirmək üçün hazırlanır. Onlar mövcud autentifikasiya vasitələrindən istifadə edə biləcəklər. Funksiya istəyə bağlıdır və proqram parametrləri vasitəsilə söndürülə bilər.