“Venesuelada itkimiz yoxdur” - Ağ Ev rəsmisi

venesuelada-itkimiz-yoxdur
Oxunma sayı: 1959

ABŞ-nin Venesuelada həyata keçirdiyi zərbələr zamanı Birləşmiş Ştatlar ordusu tərəfındən heç bir itki qeydə alınmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Mənbə qeyd edib ki, əməliyyat zamanı amerikalı hərbçilər arasında ölən və ya yaralanan olmayıb. Bununla belə, Ağ Ev rəsmisi Venesuela tərəfinin verdiyi itkilərlə bağlı hər hansı şərh verməkdən imtina edib.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən ABŞ Venesuelaya hava zərbələri endirib. Son məlumatlara görə, ölkə prezidenti Nikolas Maduro və xanımı ABŞ hərbçiləri tərəfindən ələ keçirilib.