“2009-cu ildə “Turanbank”a əmanət qoymuş əmanətçi 2012-ci ildə vəfat edib. Vərəsəsi illər sonra sənədlər arasında bu bankla əmanət müqaviləsini və rayonda torpaq sahəsinə çıxarış tapıb. Torpağı asanlıqla adına rəsmiləşdirib, amma bank əmanəti qaytarmır”.
“Qafqazinfo” xəbər verir ki, məsələni hüquqşünas Əkrəm Həsənov sosial şəbəkə hesabında ictimailəşdirib.
Onun sözlərinə görə, bank vərəsəlik işini aparan notariusa əmanətçinin hesabının 2021-ci ildə bağlandığını bildirib: “Bank 2016-cı ildə əmanətçiyə dair sənədləri məhv edib və belə əsaslandırılıb ki, Mərkəzi Bankın arxiv işinə dair təlimatında sənədlərin saxlanmasının minimal müddəti 5 ildir”.
Maraqlıdır, bu təlimatın müştərilərə aidiyyəti varmı? Doğrudan da banklarda sənədlər 5 ildən sonra məhv edilməlidirmi?
Məsələ ilə bağlı “Qafqazinfo”ya danışan deputat Vüqar Bayramov bildirib ki, sözügedən əmanətin yerləşdirilməsi banklarda tam elektronlaşmanın həyata keçirilməsi dövründən əvvələ təsadüf edir.
“Demək olar ki, o zaman əksər əməliyyatlar kağız üzərindən aparılırdı və tam elektronlaşma tətbiq olunmamışdı. Təbii ki, banklar da kağız daşıyıcıları uzun müddət saxlamaq imkanına malik olmurlar, çünki yer tutur. Nəzərə alsaq ki, yoxlama müddəti 5 ildir, buna görə də bankların 5 ildən sonra kağız daşıyıcıların müəyyən hissəsini məhv etməsi mümkündür.
Xəbəri rus dilində oxuyun: Исчезнувший вклад: почему банк уничтожил документы?
Düzdür, indi artıq proses elektronlaşdığı üçün praktiki olaraq kağız daşıyıcılara ehtiyac yoxdur. Son illər yerləşdirilən əmanətlərlə bağlı sistem tamamilə elektronlaşıb. Bu səbəbdən artıq 10 il sonra belə, indi yerləşdirilən məlumatı əldə etmək mümkün olacaq. Amma təbii ki, söhbət 17 il əvvəlki əmanətdən gedir. Həmin dövrdəki şərait başqa idi. Bu halda məhkəmənin qərarı önəmlidir. Məsələnin həlli yolu məhkəmə qərarı vasitəsilə mümkündür”, - o qeyd edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər