Vilayət Eyvazovdan yeni təyinat

vilayet-eyvazovdan-yeni-teyinat
Oxunma sayı: 16308

Xocalı rayon Polis Şöbəsinə yeni rəis təyin olunub. 

"Qafqazinfo"nun xəbərinə görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polkovnik-leytenant Zaur Nəbiyev Xocalı rayon Polis Şöbəsinə rəis təyin olunub. O, bu vəzifəyə təyinat alana qədər Binəqədi Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində çalışıb. 

Qeyd edək ki, Xocalı RPŞ-nin əvvəlki rəisi Eldar Bağırov təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad edilmişdi.

Elmar Əli