“Qafqazinfo” xəbər verir ki, Braziliyanın Pelen şəhərində 6 komandanın iştirakı ilə sürətli şahmat üzrə turnirdə Vüqar Həşimovun xatirəsinə hörmət əlaməti olaraq “Həşimov” adlı komanda da mübarizə aparıb.
Azərbaycanlı şahmatçının adını daşıyan komandanın tərkibində Joao Paulo Mendes (2126), Rodriqo Çaves da Silva (2121) və Genaro Xose Melo de Amorim (2030) iştirak edib.