Xaçatryanın şikayəti təmin edilmədi

xacatryanin-sikayeti-temin-edilmedi
Oxunma sayı: 1374

Azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirli bilinən Vaqif Xaçatryan barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan edilib.

Həsən Əhmədovun sədrlik etdiyi hakimlər heyəti V.Xaçatryanla bağlı hökmdə hər hansı qanun pozuntusu müəyyən etməyib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Xaçatryan Vaqif Çerkezoviç 1992-ci ilin dekabrında erməni milliyyətindən olan digər şəxslərlə birgə Xocalı rayonunun Meşəli kəndində yaşamış dinc azərbaycanlıların soyqırımında və digər ağır cinayətlərdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 116.0.1, 116.0. 6., 116.0.11 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Xaçatryan verilmiş ittihamlarla təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilib.

Sail Ağasəlim