Xamenei 2 mindən çox məhkumu əfv etdi

xamenei-2-minden-cox-mehkumu-efv-etdi
Oxunma sayı: 811

İranın ali rəhbəri Ayətullah Əli Xamenei iki mindən çox məhkumu əfv edib.

“Qafqazinfo” IRNA-ya istinadən xəbər verir ki, Xamenei İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Mohseni Eceyinin 2108 nəfərin əfv olunması və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı məktubuna müsbət cavab verib.

Qeyd edək ki, məktub Şaban ayının gəlişi və İslam İnqilabının 47-ci ildönümü münasibətilə yazılıb.