Xankədidə silah-sursat aşkarlandı

xankedide-silah-sursat-askarlandi
Oxunma sayı: 2032

Xankəndi şəhəri ərazisində silah-sursat aşkarlanıb.

Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 11-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 4 alışdırıcı, 16 patron darağı, 850 ədəd müxtəlif çaplı patron və digər sursatlar, həmçinin yaşayış mənzillərinin birindən 3 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.