Xavi Qətər klubu ilə müqaviləni yenilədi

Xavi Qətər klubu ilə müqaviləni yenilədi
Oxunma sayı: 1328

Qətərin “Əl Sədd” klubunda baş məşqçi Xavi ilə yeni müqavilə imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, ispan mütəxəssis daha iki il “Əl Sədd”i çalışdıracaq. Bu barədə Qətər təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xavinin baş məşqçisi olduğu “Əl Sədd” Qətər çempionatının qalibi olub. Xavi 2019-cu ilin mayından bu komandanı çalışdırır.

Qeyd edək ki, Xavinin klubla əvvəlki müqaviləsi bu ilin iyuluna qədər idi.